İtalyan mafiyası başçısı Boqotada saxlanıldı

media-hightechnic-468x90

Kolumbiyanın paytaxtı Boqotada məşhur İtalyan mafiyası “Ndrangheta”nın lideri Cüzeppe Palermon həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro X sosial şəbəkəsində məlumat verib.

Dövlət başçısı əməliyyatın Böyük Britaniya, İtaliya və Avropolun əməkdaşlığı ilə həyata keçirildiyini qeyd edib. O, Palermonun 196 ölkədə axtarıldığını və onun əsasən Kolumbiya, Ekvador və Peru kimi ölkələrdən narkotik maddələri Avropaya daşımaqla məşğul olduğunu bildirib.

Palermonun yanında daha 21 nəfər mütəşəkkil cinayətkar da həbs edilib. Bu əməliyyat beynəlxalq hüquq-mühafizə orqanlarının narkotik ticarətinə qarşı apardığı mübarizənin daha bir uğurlu addımıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600