İtkin düşən balıqçılardan birinin meyiti tapıldı

media-hightechnic-468x90

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlu itkin düşüb. Həmin tarixdən onların axtarışları aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600