İvan Rakitiç karyerasını BAŞA VURDU
Xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç futbol karyerasını bitirdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkə hesabında məlumat verib.
2025-ci il iyulun 1-dən etibarən klubsuz olan Rakitiçin son komandası Xorvatiyanın “Hajduk Split” klubu olub.
Qeyd edək ki, İvan Rakitiç karyerası ərzində “Hajduk Split”, “Al Shabab”, “Sevilla”, “Barcelona”, “Schalke 04” və “Basel” klublarının formasını geyinib. O, ümumilikdə 887 oyuna çıxaraq 125 qol vurub və 141 məhsuldar ötürmə ilə yadda qalıb.
Göycə Göycəyev