İxvandan Səudiyyəyə gözlənilməyən jest

media-hightechnic-468x90

ihvan-dan-bassagligi-mesaji_mMisir Müsəlman Qardaşlar təşkilatı, onlara qarşı çevrilişin ən böyük dəstəkçilərindən olan Səudiyyə Ərəbistanı Kralı Abdullahın ölümü ilə bağlı Twitter hesabından başsağlığı mesajı verdi.

Yenicag.az xəbər verir ki, Müsəlman Qardaşların ingilis dilli Twitter hesabı “ikhwanweb”də yayımlanan mesajda, “Kral Abdullahın ölümü ilə bağlı Səudiyyə Kral ailəsinə və Səudiyyə Ərəbistanı xalqına başsağlığı veririk. Allahın rəhməti onun üzərinə olsun “ifadələrinə yer verildi.

Kral Abdullah dövründə Səudiyyə Ərəbistanı, Misirdə Müsəlman Qardaşlar iqtidarını hədəf alan 3 iyul çevrilişini bütün gücüylə dəstəkləmiş və təşkilatı “terror təşkilatı” elan etmişdi.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600