!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İyul ayında “Poz-Qazan” oyunlarında 15 böyük uduş qazanıldı

!Reklam – Yazi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin təşkil etdiyi ani lotereyalar üzrə iyul ayında ümumilikdə 15 böyük uduş qazanılıb.

Yenicag.az xəbər verir ki, son ayların məşhur “Poz-Qazan” oyunu, çox sevilən “Qızıl Ekstra” yenə böyük uduşlarla şanslı qaliblərini sevindirib. İyul ayında bu oyun üzrə ilk böyük uduş – 75 000 manat qazanılıb. Bununla yanaşı düz 8 ədəd 10 000 manatlıq bilet şanslı qaliblərini tapıb. Uduşlu biletlər Bakı, Naxçıvan, Lənkəran, Quba, Ucar və Ağsu şəhərlərindən alınıb. “Qızıl Ekstra” qaliblərindən Eldəniz İmanov, Samir Nağıyev və Əsalət Xəlilova 10 000 manat qismət olub.

Daha iki böyük uduş – 25 000 manat Lənkəran və Sumqayıtda “Qızıl” lotereyasında qazanılıb. Biləsuvar sakini Namiq Quliyev isə “Tap, Qazan!” lotereyasında 25 000 manatlıq böyük uduşun sahibi olub. “Zümrüd”, “Ani 50” və “10X” lotereyalarında da 10 000 manat udulub.

Qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi lotereya oyunlarında 25 000-dən 1 000 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Misli” məntəqələrindən əldə edə bilərsiniz.

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv