ABŞ-ın Kaliforniya ştatının şimalında bazar ertəsi başlayan meşə yanğınları hələ də söndürülə bilməyib.
Yenicag.az xəbər verir ki, hakimiyət sakinlərin məcburi təxliyəsini elan edib.
Qeyd olunur ki, təxliyə Paradays şəhərinə yaxın, San-Fransiskodan 290 kilometr şimal-şərqdə yaşayan insanlara aid olacaq.
Qeyd edək ki, yanğın nəticəsində 36 nəfər ölüb. 235 nəfər barədə məlumat yoxdur. 90 min insan təxliyə edilib.
37 min insan işıqsız, 47 min insan qazsız qalıb.
5,700 ev və iş yerləri təxliyə edilib.
Yanğınsöndürmə işlərinə məhkumlar da cəlb edilib.
Məsul şəxslər havanın quru və küləkli olmasının yanğının daha da artamasına səbəb olacağı ilə əlaqədar xəbərdarlıq edib.
www.yenicag.az