!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kamal Kılıçdaroğlu bu açıqlaması ilə GÜNDƏM OLDU

!Reklam – Yazi

Keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun “siyasətdən getməmişəm” açıqlaması müzakirələrə səbəb olub.

Yenicag.az Türkiyə mediasına istinadla xəbər verir ki, CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu jurnalist Hilal Köylü ilə görüşüb.

Daxil olan sualları cavablandıran Kılıçdaroğlu sözləri ilə insanları çaşdırıb.

Yenidən CHP-nin sədri olub-olmayacağı ilə bağlı suala o, belə cavab verib: “Bu məni düşündürdü”.

2023-cü il ümumi seçkilərində CHP-nin prezidentliyə namizədi olaraq seçki kampaniyası ilə gündəmdə qalan Kamal Kılıçdaroğlu indi də açıqlamaları ilə gündəmdədir.

Sosial şəbəkələrin aktiv istifadəçisi olan Kılıçdaroğlu “Mən varam, burdayam!” deyib.

Məlum olduğu kimi, 2023-cü il noyabrın 5-də Kamal Kılıçdaroğlu CHP-in sədri vəzifəsini Özgür Özelə təhvil verib.

Bu gün gündəmə gələn digər sual isə Kamal Kılıçdaroğlunun “CHP başqanlığına qayıtmaq planı varmı?” sualıdır.

“Mən siyasətdən getməmişəm. Hər gün vətəndaşlarla, qonaqlarla görüşürəm.
Müəyyən məsələlər üzərində daha dərindən düşünməyə vaxtım olur.

Hər 15-20 gündən bir filosof və sosioloqların da olduğu bir qrup alimlə Türkiyənin və dünyanın problemlərini müzakirə edir, dəyərləndiririk.
Qəzetlərə yazılar yazıram, təhlillər aparıram”, – Kılıcdaroğlu vurğulayıb.

Kamal Kılıçdaroğlunun açıqlamasından sonra sosial şəbəkə istifadəçiləri fikirlərini yumoristik şəkildə ifadə ediblər. Onlar bu açıqlamanın partiyaya yenidən qayıtmaq üçün bir siqnal olduğunu qeyd ediblər.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv