Aparıcı Kamran Həsənlinin oğlu Turan subaylığın daşını atıb.
Yenicag.az xəbər verir ki, aparıcının oğlunun toyu paytaxt restoranlarından birində baş tutub.
Toyda Könül Kərimova, Eyyub Yaqubov və digər sənət adamları ilə birgə tanınmış bəstəkar Cavanşir Quliyev, jurnalist Qulu Məhərrəmli, ssenarist Eldəniz Quliyev və digər tanınmışlar iştirak edib. Toyu Kamran özü idarə edib.
Toyda media nümayəndələri iştirak etməyib.
Qeyd edək ki, iki oğlu olan aparıcının digər övladı Ərtoğrul da evlidir.
Toy mərasimdən olan fotoları təqdim edirik:
Cəvahir
www.yenicag.az