Kanada ABŞ mallarına tətbiq olunan tariflərin çoxunu ləğv edir
Kanada Baş naziri Mark Karni 1 sentyabrdan etibarən ABŞ-Meksika-Kanada Anlaşması (USMCA) çərçivəsində ABŞ məhsullarına qoyulan əlavə gömrük rüsumlarının böyük hissəsinin aradan qaldırılacağını açıqlayıb.
Yenicag.az xəbər verir ki, Karni Ottavada keçirdiyi mətbuat konfransında ABŞ-nin son həftələrdə USMCA öhdəliklərini yenidən təsdiqlədiyini bildirərək qərarın iki ölkə arasında ticarətdə bərabər şərtləri təmin edəcəyini deyib.
Baş nazirin sözlərinə görə, ABŞ mallarına tətbiq edilən əlavə rüsumların ləğvi ilə iki ölkə arasındakı ticarətin 85 faizdən çoxu gömrüksüz həyata keçiriləcək.
Bununla yanaşı, o, polad, alüminium və avtomobil sektorlarında gömrük tariflərinin qüvvədə qalacağını açıqlayıb.