“Kanal-1”in rəhbəri həbs edildi

media-hightechnic-468x90

Əvvəllər məhkum olunan baş redaktor həbs edilib.

Yenicag.az xəbər verir ki, Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən “Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov polis əməkdaşları tərəfindən tutulub.

Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü A.Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla A.Orucov barəsində həbs qərarı qəbul edilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

A.Orucovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600