Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin ediləcək
Futbol üzrə Özbəkistan millisinin yeni baş məşqçisi bəlli olub.
Yenicag.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb.
Onun sözlərinə görə, yığma Fabio Kannavaroya tapşırılacaq. İtaliyalı tanınmış mütəxəssis artıq Asiya təmsilçisinin sükanı arxasına keçməyə razılıq verib.
Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Təyinatın isə oktyabrın 6-da açıqlanacağı gözlənilir.
F. Kannavaronun son iş yeri Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu olub. O, əvvəllər Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çinin bir neçə klubunu, eləcə də bu ölkənin yığmasını çalışdırıb. İtaliyada isə “Benevento” və “Udineze”yə rəhbərlik edib.
Qeyd edək ki, Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsində yığmanı 2026-cı il dünya çempionatının final mərhələsinə yüksəldən Timur Kapadzeni əvəzləyəcək.