Kapitan 36 il həbs cəzasına məhkum olundu

media-hightechnic-468x90

14157037554486459507_600x400İttihamçılar “Sevol” gəmi-bərəsinin kapitanına ölüm hökmü tələb etsələr də, məhkəmə ona 36 il həbs cəzası verib.

Göyərtəsində 476 sərnişinin və ekipaj üzvünün olduğu Cənubi Koreya Respublikasına aid “Sevol” bərəsi bu il aprel ayının 16-da Koreya yarımadasının cənub-qərbində qəzaya uğrayaraq batmışdı. Nəticədə 304 nəfərdən çox insan həlak olmuş, 9 nəfər itkin düşmüşdü. Qəza qurbanlarının əksəriyyəti Ansan şəhərindən dəniz səyahətinə çıxan məktəblilər idi.

Faciəli qəzadan bir ay sonra 69 yaşlı kapitan Li Çun Soku və ekipajın bir neçə üzvünə qarşı cinayət işi açılıb.

İstintaqın gəldiyi nəticəyə görə, kapitan və ekipaj üzvləri sərnişinləri təxliyə etmək əvəzinə, onlara kayutlardan çıxmamaq əmri verib, özləri isə gəmi-bərəni ilk tərk edənlərin arasında olublar.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600