Xalq artisti Arif Quliyev 65 yaşla bağlı elan olunan karantin qadağasını pozduğu üçün polis əməkdaşları onu evinə aparıb.
Aktyor bununla bağlı Yenicag.az-a açıqlama verib:
“Həyətə düşdüm ki, avtomobilimdə yumorla bağlı kitablarımı götürüb evə gətirim. Maşınla evimin arasındakı məsafə uzun deyil. Həyətdə olan sahə müvəkkili mənə başa saldı ki, evdən çıxmaq olmaz. Mən də dedim ki, uzağa getmirəm. Bizi qorumaq üçün bunu edirlər, onları qınamıram”.
Cəvahir
www.yenicag.az