!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Karateçimiz finala yüksəldi - YENİLƏNDİ 2

!Reklam – Yazi

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Yenicag.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəlib.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib. O, qızıl medal uğrunda döyüşdə Misir təmsilçisi Feryal Abdelazizlə döyüşəcək.

*

12:20

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.

Yenicag.az xəbər verir ki, buna 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçi İrina Zaretska nail olub.

Dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib.

Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.

*

10:45

Azərbaycan karateçisi İrina Zaretskaya Tokio Olimpiadasının qrupunda ikinci qələbəsini qazanıb.

Yenicag.az xəbər verir ki, Zaretskaya ikinci görüşündə Silvia Semeraroya (İtaliya) 3:2 hesabı ilə qalib gəlib.

Zaretskaya ilk görüşdə meydan sahibi Ayumi Uekusa (Yaponiya) ilə qarşılaşaraq onu 4:1 hesabı ilə məğlub etmişdi.

www.yenicag.az

856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv