Karikaturist Qərb mediasını ifşa etdi
İsrail əleyhinə çəkdiyi karikaturalarla gündəmə gələn fransız rəssam Zeon həbs olunub. “Söz azadlığının müdafiəçisi” olan Qərb mediası isə bu barədə səssiz qalıb.
Qərb mediasından fərqli olaraq, fransızlar sosial şəbəkələrdə Zeon üçün “Je Suis Zeon”(Mən Zeonam) kampaniyası başladaraq, “Charlie Hebdo” hadisəsi zamanı “Je Suis Charlie” (Mən Çarliyəm) deyənlərə “İndi də “Mən Zeonam” deməyə cəsarətiniz çatırmı?”mesajını göndərib.
Qeyd edək ki, Zeon ifadə verdikdən sonra sərbəst buraxılıb.