Karnavalda faciə yaşandı-18 nəfəri tok vurdu

media-hightechnic-468x90

89904Haitidə keçirilən karnaval zamanı azı 18 nəfər ölüb, 60-ı yaralanıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, mərasimdəki çaxnaşma elektrik naqillərinin insanları vurması nəticəsində başlayıb.

Şahidlərin sözlərinə görə, iştirakçılardan biri əli ilə naqilləri çəkərək onun altından keçməyə cəhd göstərib.

Bunun nəticəsində platformada olan insanlar “tok vurma”dan yerindəcə həlak olublar. Digərləri isə qaçaraq panikaya düşüblər. Elə faciənin davamı da bundan sonra baş verib. Kütlənin altında qalan bir neçə şəxs də ölüb.

Qeyd edək ki, bu karnaval “Mardi Qra” bayramı ərəfəsində keçirilir. Haitililər milli mahnılarını ifa edərək əylənirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600