Kazaklar Putini Roma imperatoruna bənzətdilər-Foto
Kazaklar Rusiya prezidentini Roma imperatoruna bənzətdilər.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında kazaklar Putinin heykəlinin açılış mərasimini keçiriblər.
Leninqrad vilayətində yerli kazak icmasının təşəbbüsü ilə Roma imperatoru qiyafəsində Rusiya prezidenti Vladimir Putinin büstü qurulub.
Büstün sinəsi isə кusiya gerbi həkk olunmuş medalla bəzədilib.
Xəbərlərə görə, heykəlin başına dəfnə yarpaqlı çələngin taxılması da nəzərdə tutulmuşdu, lakin son anda bu fikirdən imtina olunub.
Rusiya mətbuatına əsasən, süni sintetik materialdan hazırlanmış büst memar Pavel Qreşnikovun emalatxanasında yaradılıb.
“Bu obraz Rusiyada qurduğumuz demokratiyamızın rəmzidir”, Deutsche Welle radiosuna Sant-Peterburq “İrbis” kazak icmasının atamanı Andrey Polyakov bildirib.