Keçmiş kanslerin xanımı Putinlə gecə söhbətlərindən danışdı: “Xoşuma gəlirdi…”

Almaniyanın keçmiş kanslerinin xanımı Doris Şröder-Kepf Rusiya prezidenti Vladimir Putinlə gecə söhbətləri barədə danışıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Putinə heyranlığını gizlətməyən xanım siyasətçi həmin anları “gözəl xatirə” adlandırıb:

“İlk dəfə birlikdə həmişəkindən daha çox vaxt keçirtmək üçün özəl dairədə yığışanda, açığın desəm, daxili və xarisi siyasi mövzuları müzakirə etmək üçün bütün gecə söhbət etdik. O, (Putin-red.) hərtərəfli və çox ağıllı insandır. Tənqidlərə tamamilə həssasdır və bu, mənim xoşuma gəlirdi. Həmin gecə və o söhbətlər mənim üçün gözəl xatirə olaraq qalacaq”.

Qeyd edək ki, Doris 1997-ci ildən Gerhard Şröderlə (1998-ci ilin oktyabrından 2005-ci ilin noyabrına qədər Almaniya federal kansleri) ailəlidir. Lakin 2016-cı ildə cütlük boşanma prosesinin başlandığını elan edib.

Onu da bildirək ki, Gerhard Şröder bu ilin sentyabrında “Rosneft” şirkəti Direktorlar Şurasının sədri təyin olunub.

COP29