Keçmiş məhkumdan metamfetamin götürüldü

media-hightechnic-468x90

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsu dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Zaqatala şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Vasif Bagiryani şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600