Kənan Evrən öldü
Yenicag.az xəbər verir ki, Türkiyənin sabiq prezidenti, çevrilişlə hakimiyyətə gələn Kənan Evrən ölüb. Neçə ildən bəri xəstəlikdən əziyyət çəkən K.Evrən bu gün xəstəxanaya qaldırılmışdı və orada vəfat edib.
Əhməd Kənan Evrən (17 iyul 1917) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir.
Kənan Evrən 1917-ci ildə Manisanın Alaşəhər bölgəsində anadan olub.
Atası Xeyrulla bəy, anası Naciyə xanımdır. İbtidai və orta təhsilini Alaşəhər, Manisa, Balıkəsir və İstanbulda almış, Maltəpə Hərbi Litseyindən məzun olmuşdur.
1946-cı ildə Quru Qoşunları Akademiyasına daxil olmuş, 1949-cu ildə oranı bitirmişdir.
30 avqust 1964 tarixində general, 30 avqust 1974 tarixində isə Ordu generalı rütbələrinə layiq görülmüşdür.
7 mart 1978-ci ildə Genelkurmay başqanı olmuşdur. Türk Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə hakimiyyətə əl qoymasında sonra Milli Təhlükəsizlik Konseyi və dövlət başçılığı vəzifələrini daşımışdır.
7 noyabr 1982-ci il tarixində referendum yolu ilə həm konstitusiya qəbul edilmiş, həm də prezident seçilmişdir. İngilicə bilir. Evlidir və üç övlad atasıdır.