Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Kəndli fındığını sata bilmir

Cari mövsümdə fındığın qiyməti kəskin şəkildə aşağı düşüb. Belə ki, ötən ilin müvafiq dövründə müəssisələr kəndlidən fındığın kilosunu 5 manata alırdısa, indi cəmi 2,2 manata alırlar. Bu da onu göstərir ki, keçən illə müqayisədə fındığın qiyməti iki dəfədən də çox ucuzlaşıb. Buna səbəb nədir?

Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı Yenicag.az-a açıqlamasında bildirdi ki, fındığın qiymətinin aşağı düşməsi bir sıra amillərdən qaynaqlanır:

“Bu il Azərbaycanda fındıq məhsulu bol olub. Məhsul bol olanda onun qiyməti də aşağı düşür. 6-7 il öncə kənd sakinləri özlərinə məxsus ərazilərdə fındıq ağacı əkməyə daha çox üstünlük verdi ki, bu da son nəticədə cari ildə bol çeşiddə fındıq istehsalına gətirib çıxartdı. Digər tərəfdən iqlim şəraiti də 2017-ci ildə fındığın bol olmasına rəvac verən səbəblərdəndir. Keçən il dünyanın başlıca fındıq istehsalçısı olan Türkiyədə az miqdarda fındıq istehsal edilmişdi. Bu il isə qardaş ölkədə də bol miqdarda fındıq məhsulu yetişib. Ona görə də keçən il ölkəmizdə kilosu 5-5,5 manata olan fındığın qiyməti bu il 2-2,5 manat arasında dəyişir. Başqa bir tərəfdən istehsalçı ilə müəssisə arasında vasitəçilik edənlərin sayının artması da fındığın qiymət baxımından enməsinə gətirib çıxaran səbəblərdəndir. Həmin məhsulu kəndli özü birbaşa, vasitəçi olmadan müəssisələrə satmaq imkanı əldə etsəydi, onu daha baha qiymətə sata bilərdi. Yəni ortada olan vasitəçilərin artması da kəndliyə fındığı daha baha qiymətə satmağa imkan vermir”.

ELÇİN

www.yenicag.az

970
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM