Kəngərli rayonunda yol qəzası baş verdi: İki nəfər yaralandı

media-hightechnic-468x90

Kəngərli rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində qeydə alınıb. Yol kəsişməsində Türkiyə vətəndaşı Zahir Güclünün idarə etdiyi 01-DMN-70 nömrəli “Mercedes” markalı yük avtomobili ilə 74-BD-152 dövlət nömrəli “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə zamanı minik maşınının sürücüsü Kəngərli rayon Qıvraq qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onun həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət alıblar.

Hadisə yerinə gələn Kəngərli rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin qəza xilasetmə bölməsi tərəfindən yaralılar xilas edilib. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, sürücü N.Rzayev koma vəziyyətindədir, G.Rzayevanın isə vəziyyəti orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa