Kəsilən ayağından lampa düzəltdi-Foto,Video
YENİCAG.AZ xəbər verir ki, Hollandiyanın Spijkenisse qəsəbəsində yaşayan Leo Bonten adlı adam xəstəxanada kəsilən ayağından lampa düzəldərək 78 min sterlinqə təxminən 290 min TL satışa çıxarıb.
“NRC Reader”in yaydığı xəbərə görə, 53 yaşındakı Leo Bontenin qırılan ayağına səhv müalicə nəticəsində infeksiya yoluxub və həkimlər ayağı amputasiya etməli olublar.
Bonten, sığortadan alacağı pulun ancaq sadə bir protez ayağa bəs edəcəyəni deyərək, kəsilən ayağından lampa düzəldib bir milyonerə satmağa qərar verib.
Patoloq Frank Van də Goot və dizayner Willem Schaperkotterin dəstəyi ilə kəsik ayağından lampa düzəldən Bonten, bu lampanı təxminən 290 min TL satışa çıxarıb.