Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kəsintiyə görə maddi zərər çəkənlərə vəkildən TÖVSİYƏ: “Facebook”u məhkəməyə verin”

Tanınmış vəkil “Facebook”, “Instagram” və “Whatsapp” sosial şəbəkələrinə qarşı mümkün məhkəmə iddialarını dəyərləndirib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən İnformasiya Texnologiyaları Dərnəyinin rəhbəri, vəkil Kürşat Ergün kəsintilərə görə maddi zərərə uğrayan istifadəçilərin “Facebook”, “Instagram” və “Whatsapp”a qarşı məhkəmə iddiası qaldıra biləcəklərini açıqlayıb.

Vəkilin sözlərinə görə, “Facebook”, “Instagram” və “Whatsapp” sosial şəbəkələrindən ticarət fəaliyyətində də istifadə edildiyi üçün həmin platformaların fəaliyyətində yaranan problemlər istifadəçilərin maddi zərər çəkmələrinə səbəb olub.

Ergin bildirib ki, Türkiyə qanunvericiliyinə uyğun olaraq, “Facebook”la “Instagram”ın ölkə üzrə nümayəndələri var və həmin təmsilçilərlə rahat əlaqə yaratmaq mümkündür.

O baxımdan, maddi ziyana uğrayan şəxslər adları çəkilən platformalara qarşı sözügedən təmsilçilər üzərindən məhkəmə iddiası qaldıra bilərlər.

www.yenicag.az

115
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100