Kilsəyə dırmaşmaq istəyənləri POLİS SAXLADI

media-hightechnic-468x90

 

Almaniyanın Köln şəhərində polis məşhur şəhər kilsəsinə dırmaşmağa çalışan beş fransız və bir belçikalı qadını saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

Polisin bildirdiyinə görə, gecə saatlarında gənc alpinistlərin baş fənərləri ilə müşahidə kameralarına düşməsindən sonra kilsənin özəl mühafizəçiləri vəziyyətdən xəbərdar olublar.

Bildirilir ki. polis əməkdaşları xüsusi vasitələrlə kilsəni mühasirəyə alıblar. Həmçinin şimal günbəzi üzərində helikopter havada asılı vəziyyətdə qalıb. Beş nəfər alpinist kilsənin qüllə pilləkənində saxlanılıb. Rəsmilərin açıqlamasına görə, saxlanılanların beşi kişi olub. Onların yaşları 18-dən 27-yə qədərdir, qadın isə 26 yaşındadır. Almaniyanın məxfilik qanunlarına əsasən, onların kimlikləri açıqlanmayıb.

Polis onların fotoaparatını və mobil telefonunu müsadirə edib. Binada aparılan axtarış zamanı bir neçə qapının sındırıldığı və alpinist avadanlıqları ilə dolu çantaların tapıldığı bildirilib. İki günbəzli Köln Kilsəsi turistik məkan olmaqla yanaşı, Şimali Avropanın ən qədim və mühüm katolik ziyarətgahlarından biri sayılır. Eyni zamanda, o, Almaniyanın ən məşhur dini abidəsi hesab olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600