ABŞ və Cənubi Koreyanın Koreya yarımadasında birgə keçirdiklər hərbi təlim Koreya Xalq Demokratik Respublikasının qəzəbinə tuş gəlib.
Yenicag.az xəbər verir ki, Şimali Koreya tərəfi bu təlimlərə təxirəsalınmaz hərbi cavab veriləcəyini açıqlayıb.
Onlar iddia edib ki, bu təlimlərin əsas məqsədi Şimali Koreyanı hərbi hava müdaxiləsinə məruz qoymaqdır.
KXDR həmçinin, bu təlimlərin hər iki ölkəylə son dövrlərdə əldə etdikləri razılığa da zidd olduğunu bildirib.
Qeyd edə ki, ABŞ və Cənubi Koreyanın bigə keçirdikləri təlimdə F16, F-15K və KF16 tipli qırıcı təyyarələrdən istifadə olunur.