Kimyəvi zavodda partlayış – Çox sayda ölən və yaralanan var

Çexiyada “Unipetrol Synthos” kimyəvi zavodunda partlayış baş verib.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində zavodun 6 işçisi həlak olub.

Yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə çoxsayda yangınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.