Kırım tatarlarının taleyi necə olacaq?
Krımda yaşananlardan sonra tatarların yarımadanı tərk etməsi, xüsusilə Türkiyəyə getdikləri barədə xəbərlər yayılmaqdadır. Bu informasiyaların daha çox yayıldığı sosial şəbəkələrdə o da bildirilir ki, tatarlar Türkiyədən ora gəlmək üçün yardım da istəyirlər.
Krım Dərnəyi isə bunu təkzib edir. Dərnəkdən verilən məlumata görə, bu cür informasiyaları “Facebook”da bəzi saxta profillər yayır. Dərnək bunun təxribat olduğunu hesab edir: “Məqsəd Krımda yaşayan tatarlar arasında çaşqınlıq və qorxu yaratmaq, vətəndaşlarımızın cəsarət və dirənişini qırmaqdır. Biz bəyan edirik ki, bu informasiyalar yalandır və buna etibar edilməməlidir. Bu cür ssenarilər 1783-cü ildən başlayaraq indiyə qədər davam edir və əsl məqsəd Krım tatarlarını tarixi vətənlərindən çıxartmaq, orda əhalinin etnik tərkibini dəyişməkdir”.
Qeyd edək ki, ötən həftə Krımdan qadın və uşaqların Lvova keçdiyi barədə xəbərlər yayılmışdı.