!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynimizi yeniləmək üçün nə etməliyik?

!Reklam – Yazi

Kitaplarla bağlı iki şirkətin yaradıcısı olduğunuzu və oxumağa vaxt tapa bilmədiyinizi təsəvvür edin. Bu, LibriVox və PressBookların yaradıcısı Hugh McGuire-in bir neçə il əvvəl qarşılaşdığı haldır. 

Bir çoxumuz kimi, o da vaxt darlığından oxumağa vaxt tapa bilmirdi. Bir müddət sonra, əlindəki bir kitabla vaxt keçirdiyi səssiz günlər üçün darıxdığını, daim yorğun olduğunu və həyatın hər sahəsinə fokuslanmaq üçün mübarizədə oldğunun fərqinə vardı. Beləliklə, onları yenidən gündəlik rutininin bir hissəsi etdi.

Neyroşünas Daniel Levitinin sözlərinə görə, kitab oxumaq saatda təqribən 42 kalori yandırır, yeni məlumatlar (məsələn, Twitter yazıları və ya xəbər başlıqları və s.) Saatda 65 kalori yandırır.

Bəs kitab oxuyarkən beynimizi yeniləmək üçün nə etməliyik?

1) Elektron cihazlarınızı gizlədin

Sadə görünsə də, telefon, planşet və kompüter kimi cihazları tərk etmək çətindir. Çünki, cihazlarımız asılılıq yaradacaq şəkildə hazırlanıb. Hətta Nir Eyal, sözün həqiqi mənasında insanı asılı vəziyyətə gətirmənin kitabını yazan adam belə 180 dərəcə dəyişdi. Köhnə kitabından fərqli olaraq insanları cihazların içinə çəkməkdən qurtarmaq üçün bir kitab yazdı. Eyalın kitabında diqqətinizi qorumaq üçün ağıllı məsləhətlər var: Görüşlərinizi yalnız bir noutbukla məhdudlaşdırın və telefonunuzu səssizdə saxlayın. Hətta diqqətinizi fasiləsiz bir şeyə yönəltmək istəsəniz, telefonunuzu çəkməcəyə qoyun. Mesajlarınızı durmadan yoxlayaraq diqqətinizi bir kitabın üzərində cəmləşdirməyiniz mümkünsüzdür.

2) Vaxtınız yoxdursa qısa aralıqlarla oxuyun

Wharton professor Adam Grantın yazdığı kimi:

«Oxumağa vaxtı olmayan liderlər öyrənməyə vaxtı olmayan liderlərdir.»

İşə gedərkən, kafedə sıra gözləyərkən və ya yatmadan əvvəl lazımsız məzmunu oxumaqdansa kitab oxumaq mümkündür. Bundan başqa, araşdırmaya görə, bütün kitabı birdən oxumağa çalışmaqdansa, qısa fasilələrlə oxuyan zaman daha çox şey öyrənirik. Diqqətinizi verməyə və ya sadəcə bir gün sərf etməyə çalışırsızsa, Pomodoro Texnikası olduqca təsirli ola bilər. Bu texnikaya görə 25 dəqiqədən bir taymer təyin etməli, gördüyünüz işə diqqətinizi cəmləyib 5 dəqiqəlik fasilə verməlisiniz. Dörd «pomodoro» bitirdikdən sonra özünüzə daha uzun fasilə verə bilərsiniz. Sadəcə bir və ya iki pomodoro etdikdən sonra belə, zamanın necə uçduğunu görmək münkündür.

3) Sizə xitab edən kitabları seçin

Həqiqətən bəyəndiyiniz bir kitab seçsəniz, davamlı oxumaq asan olacaq. Həmçinin, sevəcəyiniz bir kitab üzərində tam yoğunlaşmaq, zehniniz başqa bir yerə səyahət edərkən belə bir çox kitab oxumaqdan daha çox şey verəcək sizə. Yalnız diqqətimizi yönəltdiyimiz zaman bu əvəzolunmaz zövqü əldə edə bilərik: «ən yaxşı olduğumuz və əlimizdən gələnin ən yaxşısını etdiyimiz ən uyğun şüurlu vəziyyət».

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv