Beynin həddindən artıq yüklənməsinin qarşısını alan üz döyməsi - İXTİRA
ABŞ-nin Texas Universitetində alimlər tərəfindən hazırlanan yeni texnologiya – üzə yapışdırılan “elektron döymə” beynin çox yükləndiyi anları müəyyən edə bilir.
Yenicag.az xəbər verir ki, bununla başğlı araşdırmanın nəticələri “Device” adlı elmi jurnalda dərc olunub.
Ənənəvi, böyük və kabelli başlıqlara ehtiyac qalmadan beyin və göz hərəkətlərindən elektrik siqnallarını analiz edən bu cihaz xüsusilə hava nəqliyyatı dispetçerləri, sürücülər və uzunmüddətli diqqət tələb edən peşələr üçün faydalı ola bilər.
Alimlərin sözlərinə görə, sensorlar fərdi olaraq üz quruluşuna uyğun hazırlanır və təzyiq artdıqca beyindəki dalğa dəyişikliklərini – teta, delta, alfa və beta siqnallarını qeyd edir.
Tədqiqatçılar bu üsulun həm insan beyninin nə zaman həddindən artıq yükləndiyini izləməyə, həm də gələcəkdə bu vəziyyəti əvvəlcədən proqnozlaşdırmağa imkan verəcəyini bildirir.