Kiyev ABŞ-nin sülh planında dəyişiklik olunmasını tələb etdi

media-hightechnic-468x90

Vaşinqton Kiyevin xahişi ilə Ukrayna müharibəsinin həlli üzrə öz planına dəyişikliklərin edilməsinə imkan verdiyini istisna etmir.

Bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vladimir Zelenski ABŞ Quru Qoşunları naziri (ordunun rəhbəri) Daniel Driskol ilə görüşdə “plana düzəlişlər edilməsini” xahiş edib.

Nəşrin yazdığına görə, Driskolun komandası bəzi dəyişikliklərin edilə biləcəyini qəbul edib, lakin Kiyev hələlik hansı bəndlərin dəqiqləşdiriləcəyini açıqlamayıb.

Qəzetin mənbələrindən birinin fikrincə, Ukrayna üçün “qəbul edilə bilən” planın razılaşdırılması “aylarla davam edən gərgin danışıqlar” tələb edə bilər. ABŞ-nin təklif etdiyi planın ortaya çıxması mənbə tərəfindən “sülh prosesinin sonu deyil, başlanğıcı” kimi qiymətləndirilib.

Mənbələrin məlumatına görə, planı yalnız ABŞ Prezidenti Donald Tramp və Zelenski imzaladıqdan sonra Rusiya rəhbərliyinə təqdim edəcəklər. Vaşinqton isə Kiyevin təklif olunan şərtləri bu il 27 noyabrda qeyd ediləcək “Şükran günü”nə qədər qəbul etməsinə çalışır.

“The Washington Post” həmçinin diqqətə çatdırıb ki, ABŞ Ukrayna ilə danışıqlarda ordu naziri və prezidentin xüsusi elçisi Stiven Uitkofun komandalarını “yaxşı və pis polis” rolunu oynayacaq şəkildə ayırıb – biri təzyiq göstərir, digəri isə planı birgə işləyib düzəltməyi təklif edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa