Kiyevdə 16 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb, biri ölüb.
Yenicag.az-ın xəbərinə görə, bu barədə şəhər meri Vitali Kliçko özünün “Telegram” kanalında məlumat verib.
“Paytaxtın Dneprovski rayonunda baş verən partlayış nəticəsində 16 mərtəbəli bina yanır. Hazırda iki nəfər xəstəxanadadır”, – deyə o yazıb.
Kliçko bildirib ki, evdə dağıntılar var, xilasedicilər artıq 18 nəfəri təxliyə ediblər.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti hadisənin qaz sızmasından baş verdiyini bildirib.
Hadisə nəticəsində 4 mənzil dağılıb, daha 16 mənzilə ziyan dəyib.
www.yenicag.az