“Kiyevə xarici orduların yeridilməsi üçün hazırlıqlar başlayıb”.
Yenicag.az xəbər verir ki, bunu ukraynalı politoloq Ruslan Bortnik Kiyevdə xarici qoşunların ölkəyə gətirilməsinə icazə verən yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışarkən deyib.
O, bildirib ki, söhbət Baltikyanı ölkələrin, Polşanın, yüksək ehtimalla Böyük Britaniyanın və digər ölkələrin hərbi birləşmələrinin Ukrayna ərazisinə yerləşdirilməsinə hazırlıq işlərinin başlanmasından gedir:
“Səbəb Ukraynanın hansısa hərbi bloka qoşulması ola bilər. Lakin NATO blokunun olmadığı hər kəsə bəllidir. Hansısa yeni hərbi blok olacaq. Hazırda müharibədə Ukraynanın yeganə resursu insandır, lakin o da tükənmək üzrədir.
Həlak olan minlərlə əsgər var. Ancaq müharibə hələ də davam edir. Və nə vaxt bitəcəyi heç kəsə bəlli deyil. Bu səbəbdən NATO-nun Vilnüsdə keçirilən sammitindən sonra münaqişənin uzun müddət davam edəcəyi təqdirdə Ukraynanın müttəfiqlərinin qoşunlarının Kiyevə cəlb olunması variantına yenidən baxıldı.
Ukrayna müdafiəni davam etdirmək, işğal olunmuş əraziləri geri qaytarmaq üçün mütləq və mütləq xarici qoşunlara ehtiyac duyacaq”.
Nəsimi Ələsgərli
www.yenicag.az