Kobaxidze Qazaxıstana səfər etdi

media-hightechnic-468x90

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstana rəsmi səfərə gedib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, Kobaxidze iki günlük səfər çərçivəsində Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə təkbətək və geniş tərkibdə görüşəcək. İrakli Kobaxidzeni həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev qəbul edəcək.

Hökumət başçısını səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili , xarici işlər naziri Maka Boçorişvili və digər nazirlər müşayiət edir./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa