“Koç Sistem Azərbaycan” təqdimetmə mərasimi keçirdi – FOTOLAR

media-hightechnic-468x90


10805303_10204250878224879_951010050_n
İnformasiya texnoloiyaları üzrə Türkiyənin aparıcı şirkəti olan “Koç Sistem” yeni texnologiyalarını Azərbaycan bazarına gətirdi. Bu barədə şirkətin “Hilton” Hotelində keçirilən təqdimat mərasimində məlumat verilib. Şirkətin Azərbaycan təmsilçisi Mucit Emel tədbiri açıq elan edərək, Azərbaycanda “Koç Sistem Azərbaycan MMC” qurulduğuna dair məlumat verib.

Daha sonra çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirdi ki, ” Azərbaycanda informasiya texnologiyalar günü gündən inkişaf edir. Azərbaycanda sadəcə nazirliyin adı dəyişmədi, platforması da genişləndirildi.
Koç sistemin bizim yanımızda olması ölkəmizin bu sahədə inkişafına xidmət edəcək. Düşünürəm ki, bu şirkətin Bakıda nümayəndəliyinin olması data xidmətlərdən geniş istifadəyə imkan verəcək”.

“KoçSistem” şirkətinin direktoru Mehmet Nalbantoğlu çıxışında qeyd etdi ki, “Biz özümüzü Azərbaycanın bir parçası olaraq, görürük. Biz 70 illik keçmişi olan bir şirkətik. Biz Azərbaycanın 2020 hədəfinə çatması üçün çalışacaq bir topluluğuq. Bizim hədəfimiz Azərbaycanın 2020-ci il üçün inkişaf konsepsiyasına nail olmasında pay sahibi olmaq, yeni uğurları ilə rəqabət gücünə güc qatmaq və rəqəmsallaşmaya dəstək verməkdir. Texnologiyalar üzrə proyektlərə hər kəs dəstək verməlidir. Çünki bütün dünyanın inkişafı bundan asılıdır.

Tədbirdə Türkiyənin sabiq naziri İlhan Aküzüm, millət vəkilləri Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Fazil Mustafa, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Türk İş Adamları Birliyi başqanı Cemal Yanğın, Azərbaycan Türkiyə Evinin sədr müavini Cahandar Bayoğlu və ictimaiyyət və biznes nümayəndələri iştirak edirdilər.

Rəşad/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600