Krımda Kerç şəhərindəki Politexnik Kollecində baş verən partlayış nəticəsində ölən tələbələrin sayı 20 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, atışma və partlayış nəticəsində 15 nəfər hadisə yernidə, 4 nəfər isə daha sonra xəstəxanada həlak olub, azı 50 nəfər isə yaralanıb. Onlardan 10-nun vəziyyətinin ağır olduğu bildirilib.
Hadisənin baş vermə təfərrüatları məlum olub.
Məlumata əsasən, ötən gün kollecdə 18 yaşlı 4-cü kurs tələbəsi Vladislav Roslyakov tələbləri atəşə tutub, daha sonra isə kollecin yeməkxanasında əldəqayırma qurğu partladıb. V.Roslyakovun cəsədi kollecin ikinci mərtəbəsində yerləşən kitabxanada tapılıb. O, insidentdən sonra intihar edib.
Qeyd edək ki, şəhərdə 3 günlük matəm elan edilib.
www.yenicag.az