!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komendant saatının vaxtı uzadıldı - Bu ölkədə

!Reklam – Yazi

Tunisdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq olunan komendant saatı dekabr ayının 30-nə qədər uzadılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb.

Bəyanata görə, yarmarkaların, konfransların və iclasların keçirilməsinə qoyulan qadağa qüvvədə qalıb, kafe və restoranlar 19:00-da işini dayandırır və 16:00-dan sonra yeni müştəri qəbul edə bilməyəcəklər. Bundan başqa, ictimai yerlərdə qəlyan çəkmək olmaz, dəvət olunanların sayı 30 nəfərdən çox olmayan toy və dəfn mərasimlərinin keçirilməsinə icazə verilir.

Həmçinin, ölkədə ictimai yerlərdə tibbi maska taxmaq və sosial məsafəni qorumaq da məcburidir.

Qeyd edək ki, ölkədə 102 991 min nəfərin koronavirusa yoluxması qeydə alınıb, infeksiyadan 3 526 pasiyent ölüb.

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv