Komitə sədri idmançılara hələ də borcludur – Qılıncoynadanların fəryadı

media-hightechnic-468x90

Yanvarın 27-29-da Nyu-Yorkda qılıncoynatma üzrə beynəlxalq turnir keçiriləcək. Yarışda azərbaycanın qadın idmançılarının da iştirakı gözlənilir. Baş məşqçi Fikrət Vəliyev heyətə Sabina Mikina, Sevil və Sevinc Bünyatova bacılarını daxil edib.

Ancaq idmançılar narazılıq edir. Çünki onlar hələ də maaş üzünə həsrətdirlər.

Yeniçağ.az-ın məlumatına görə, Federasiya qılıncoyanadanlarımızı həmin yarışa təqaüdlərini vermədən göndərmək niyyətindədir.

Qurumun rəhbəri Nazim İbrahimov hələ də maaşların həlli ilə bağlı vədinə əməl etməyib. Bu da qurum daxilində müəyyən narazılıqlar yaradıb.

Qeyd edək ki, Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov da bizə verdiyi müsahibələrinin birində demişdi:

“Federasiyanın rəhbəri Nazim İbrahimov bizi pis vəziyyətdə qoyub. Onunla dəfələrlə görüşmək istəsəm də müxtəlif bəhanələrlə məndən qaçıb. İşçi heyətinin 18 aylıq maaşını ödəməlidir. Bu vaxta kimi işçilərin pulunu mən vermişəm”.

 

Aygün İlqarqızı

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600