Komitə sədri vəfat edib

media-hightechnic-468x90

,,,,,,,,,,lDövlət Statistika Komitəsinin sədri Arif Vəliyev iyunun 23-nə keçən gecə vəfat edib.

Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum bu gün dəfn olunacaq.

Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib.

1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600