Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Əkrəm Həsənov: “Kommersiya bankları borcların bölünməsi variantını qəbul etməyəcəklər” – VİDEO

16:11

“Banklar problemli kreditlərin həlli üçün əsas zərəri hökumətin öz üzərinə götürməsini istəyirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında problemli kreditlərin həlli üçün borcların 4 tərəfin – hökumət, Mərkəzi Bank, kommersiya bankları və borclu vətəndaşlar arasında bölünməsinə dair bəzi deputatların təklifinə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov mövcud reallıqda kommersiya banklarının bəhs olunan təklifi qəbul edəcəklərinə inanmadığını bildirib:
“Əslində, deputatlar tərəfindən də təklif olunan belə bir həll modeli çox münasibdir. Yəni problemli kreditlərin hökumət, Mərkəzi Bank, kommersiya bankları və borclu vətəndaşlar arasında bölünməsi optimal təklif sayıla bilər.

Lakin düşünmürəm ki, kommersiya bankları bu təklifi qəbul etsinlər. Onlar problemli kreditlərin həlli üçün əsas zərəri hökumətin öz üzərinə götürməsini istəyirlər.

Bildiyiniz kimi, devalvasiyadan sonra problemli kreditlərin həlli ilə əlaqədar dəfələrlə müxtəlif təkliflər irəli sürülsə də, onların heç biri qəbul edilməyib. Nəticədə məsələ daha da müərəkkəbləşib.

Builki dövlət büdcəsində isə problemli kreditlərin həlli üçün hər hansı məbləğdə vəsait nəzərdə tutulmayıb. Ona görə də, bu təklifin optimal olmasına baxmayaraq, onun reallaşacağına inanmıram”.

A.Zeynalov

www.yenicag.az

1197
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM