ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays ölkəsinin İraqı işğal etməsinin demokratiya ilə əlaqəsi olmadığını bildirib.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 2005-09-ciu illərdə ABŞ-ın dövlət katibi olmuş Kondaliza Rays 2001-ci ildə Əfqanıstanın, 2003-cü ildə isə İraqın işğal səbəblərinə aydınlıq gətirib.
Brukinqs İnstitutunda keçirilən toplantıda çıxış edən Rays bu etirafları dilə gətirib:
“Biz İraqa demokratiya gətirmək üçün yox, Səddam Hüseyni devirmək üçün girdik. Bu, bir təhlükəsizlik məsələsi idi.
Mən heç vaxt deməmişəm ki, Buş İraq və Əfqanıstana demokratiya naminə qoşun yeridib”.
Yeniçağ.Az