Konsert zamanı yanğın-Video

media-hightechnic-468x90

images (4)Erənistanın Qafan rayonunda keçirilən konsert zamanı güclü yanğın başlayıb.

Yanğın axşam saatlarında bir neçə tanınmış erməni müğənninin iştirak etdiyi konsertdə olub. Rayon mərkəzinin sənaye müəssisələrindən birinin təşəbbüsü ilə konsertin sonuna yaxın fişəng təşkil edilib.

Fişəng atılan zaman güclü yanğın başlayıb. Dərhal xilasedicilər əhalini ərazidən evakuasiya edib. Hadisə yerinə çoxlu yanğınsöndürən cəlb olunub.

Ermənistan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 3 min kv. metr ərazi yanıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa