!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.

Yenicag.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərinin nəticələrini təsdiqləyib.

Qərar elan olunan andan qüvvəyə minib.

***

Çıxışlardan sonra hakimlər müşavirəyə yollanıb.

Yenicag.az xəbər verir ki, müşavirədən sonra seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin yekun qərarı elan olunacaq.

***

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

Yenicag.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

www.yenicag.az

976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv