“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələri elan edildi – FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 23 iyun-30 iyul 2025-ci il tarixlərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün keçirilən qrant müsabiqəsinin nəticələri elan edilib.

Qrant müsabiqənin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, onların dövlətin hüquqi və suveren əsaslarına dair biliklərinin artırılması, Konstitusiya prinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və bu istiqamətdə ictimai təşəbbüslərin stimullaşdırılmasıdır.

Fondun Müşahidə Şurasının Qərarına əsasən 39 gənclər təşkilatının, 86 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Qrant müqavilələrinin imzalanması üçün qaliblər 15 oktyabr tarixinədək Gənclər Fondunun ofisinə yaxınlaşa bilərlər.

media-img_9932

 

Müsabiqə qaliblərinin siyahısı ilə Fondun rəsmi internet saytından tanış ola bilərsiniz: https://youthfoundation.az/188752/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa