!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koreyalılar belə rusların imdadına YETMƏDİ: “Cəbhə xəttində boşluq yaranıb”

!Reklam – Yazi

“Heç Şimali Koreya hərbçilərinin buraya gətirilməsi də ciddi nəticə vermədi”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Rusiya ilə müharibədə Kurskun əhəmiyyətini şərh edən hərbi eksperti Andriy Kramarov deyib.

O, Ukraynanın Kursk vilayətindəki döyüşlərə dair sensasiyalı açıqlamalar verib. Mütəxəssis bildirib ki, Ukrayna qüvvələri Kurskda Rusiya qoşunlarını məhv edir:

“Ukrayna taktiki aviasiyası “çox aktiv” şəkildə fəaliyyət göstərir. Kursk cəbhəsindəki hücumlar zamanı Rusiya qüvvələrinə ciddi zərbələr endirilir. Qısaca olaraq desək, kritik anı əldən vermədik. Kursk döyüşləri xüsusi əhəmiyyət kəsb edir. Çünki buradan Rusiya qüvvələrinə qarşı strateji zərbələr daha məqsədəuyğundur”.

“Ruslar bu istiqamətdə rotasiya hazırlayırdılar və bizim hücumlarımız nəticəsində ağır itkilər verdilər. Nəticədə, cəbhə xəttində boşluq yarandı. Heç Şimali Koreya hərbçilərinin buraya gətirilməsi də ciddi nəticə vermədi. Səbəb isə onların döyüş sahəsində təcrübəsiz olmalarıdır. Sülh məsələsinə gəldikdə isə Donald Trampın qələbəsindən sonra sülh danışıqlarının başlaması ilə bağlı spekulyasiyalar artıb”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv