“Koroğlu stansiyasının keçidləri “kor” qaldı, növbə “Sahil”indir

media-hightechnic-468x90

fffEks-rəis Tağı Əhmədov yeni rəisin müavini olacaq? Hacıbala müəllim isə söküntüdən razıdır

Günlərdir, metropoliten keçidlərindəki ticarətlə bağlı narazılıqlar davam edir. Yeni quruma yeni təyinat “təmizləmə” işlərindən başladı. Bildirildiyi kimi, keçidlərdə fəaliyyət göstərən ticarət obyektlərinin işinə martın 27-də xitam verilməlidir. Heç bir metrostansiyasının nə daxilində, nə də keçidlərində bir dənə də mağaza və ya köşk qalmamalıdır. Ticarətçilərə bu zamanın verilməsi həm bayramqabağı dilxorçuluq yaratmamaq, həm də onlara yeni obyektlərə daşınmaları üçün verilmişdi.

İlk hədəf “Koroğlu” stansiyasının keçidləri oldu? Yeni rəis sözünü tutmadı

Ötən axşamdan başlayaraq“Koroğlu” metrostansiyası keçidlərindəki söküntü işlərinə start verilib. Artıq bu səhər bütün ticarət obyektləri, köşklər boşaldılıb. Söküntü işləri isə davam edir. Satıcılar isə yeni Metropoliten rəhbərliyinin sözünü tutmadığını bildirirlər. “Axı bizə martın 27-dək zaman verilmişdi”. Məlumata görə, bu obyekt eks-rəis Tağı Əhmədovun hələ də nəzarətində olduğundan, belə edildi.

Alver yalançı “endirim var”la davam edir

“Xalqlar Dostluğu” yeraltı keçidlərində də alver davam edir. Satıcılarla söhbətdən belə çıxdı ki, ticarətçilərə gedişlə bağlı hər hansı təzyiqlər olmayıb. İndiyədək, burada da hər ay icarə haqqı 800-1500 arasında dəyişirdi. Yenicə yeraltı keçiddəki mağazasını təmir etmiş ticarətçi isə hirsindən bilmir neyləsin. “Gündə bir qərar çıxır. Hələ bir araşdırsınlar görək hər ay bizdən qəbz vermədən aldıqları icarə haqqarını kimlər “yeyib”. Mağazanın təmiri üçün xeyli pul qoymuşam, indi buranı dağıdacaqlar ki?” Digər satıcının sözlərinə görə isə, alverçilər yeni qərardan sonra çox maddi ziyana düşüblər. Götürdükləri malların çox hissəsini nəğd pulla aldıqlarından indi dəyər-dəyməzinə satmalı olublar.”

“İcarə haqqı üçün qəbz də almamışıq, müqavilə də boş sözdür”. “ Artıq keçidə yaraşmırıq?”

Metronun “Qara Qarayev” stansiyasının keçidində alver edən satıcı isə hər ay 800 manat icarə haqqı verdiyini deyir. Satıcıların eyni cümləsi səslənir, “çörəyimizlə oynayırlar”. “İllərdir bura daimi iş yerimə çevrilib. Amma neyləyək , deyirlər ki çıx, biz də çıxaq da. Bu vaxta qədər niyə metropolitenə yaraşırdıq, indi yaraşmadıq? Əvvəl dərd etdik, artıq yaxınlıqdakı binanın altında icarəyə yer tapmışıq. Yeni “iş yerimiz” ora olacaq.”

“Hacıbala müəllim bizi aldadır”

Bir neçə gün əvvəl metro keçidindəki ticarətçilərin bir qismi Bakı Şəhər İcra Hakimi Hacıbala Abutalıbovla görüşüblər. Ticarətçilərdən birinin verdiyi məlumata görə, Bakı meri onları bu sözlərlə qarşılayıb, “2001-ci ildə Nazirlər Kabineti icazə versəydi, mən bütün metro keçidləri yaxşıca abadlaşdırardım. Sevinirəm ki, bu qərar axır ki, verildi. Sizə köməyim o ola bilər ki, Bakının başqa ərazisində yeni obyektlə təmin olunasınız.” Hacıbala müəllim sabah məsələylə bağlı yekun qərarını bildirəcək. Bir qrup ticarətçi, sahibkar onunla növbəti görüşə hazırlaşır.

Təmizləmə təkcə keçidlərdə deyil, ştat cədvəlində də davam edir

Ölkə prezindentinin məlum qərarından sonra Metropolitenin yeni adlı quruma çevrilməsi nəyi dəyişəcək? Ad dəyişmək, vəzifə dəyişdirdi, yeni təyin olunan rəisin ətrafına göz gəzdirmə-müşahidəsi davam edir. Qısa müddətdə yeni Metropoliten Qapalı Səhmdar Cəmiyyətinin rəisi özünə yeni müavinlər seçdi. Hazırda hətta polis işçiləri arasında da işdən azad olunma halları davam edir. Belə məlumat var ki, metropolitenin keçmiş rəisi Tağı Əhmədovun rəis müavini olmaq istəyi var və bu reallaşa bilər. Yeni qurumun yeni nizamnaməsi təsdiq olunduqdan sonra, təxminən iki ay ərzində bu baş verəcək.

Xatırladım ki, “Bakı Metropoliteninin Nizamnaməsinin təsdiqi haqqında “Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 4 sentyabr 1995-ci ildə müvafiq qərarı var. 2010-cu ildə bura dəyişiklik və əlavələr olub. Həmin Nizamnamənin 1.4 bəndində belə qeyd var: “Metropoliten öz fəaliyyətini qanunvericiliyə uyğun olaraq təssərüfathesablı prinsiplərə əsaslanaraq həyata keçirir.” Bu fikir eks-rəis Tağı Əhmədovun vaxtiylə “bura mənimdir, özüm bilərəm” sözlərinə nə qədər də yaxın məna daşıyır.

Onu da qeyd edim ki, Metropolitenin iş prinsipində yeni rəis təyinatı bir elə hiss olunmur. Yenə də qatarlar gecikir, stansiyaların daxilində, qatarlarda ventilyasiya prosesində problem var. Gəl ki, reklam yerləşdirmə, reklam işi əvvəlki kimi yaxşı idarə olunur.

qafqazinfo.az

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600