Koronavirus ən çox bu ölkədən gələnlərdə aşkarlanıb - Azərbaycanda

media-hightechnic-468x90

Hazırda koronavirus daha çox Rusiyadan gətirilən vətəndaşlarımızda aşkar edilir.

Yenicag.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, əvvəllər Avropa qitəsindən gətirilən vətəndaşlarımızda koronavirus infeksiyası daha çox aşkar edilirdi:

“Son dövrlərdə isə Rusiya Federasiyasından gətirilən vətəndaşlarımızın 18-20 faizində koronavirus infeksiyası aşkar edilir. Bu faiz dərəcəsi artım üzrə gedir. Aprelin sonu, mayın əvvəlində Rusiyadan Azərbaycana gətirilən 540-a yaxın vətəndaşın 10 nəfərində koronavirus infeksiyası müəyyən edilib və onlar xüsusi şəraitdə müalicəyə cəlb olunublar. Bu rəqəmlər müxtəlif vaxtlarda müxtəlif ərazilərə görə dəyişir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa