"Koronavirus vaxtından əvvəl insanı son mənzilə yola salır, özünüzü qoruyun" - Rəhman Rəhmanovdan ÇAĞIRIŞ

media-hightechnic-468x90

“Həkimlər onsuz da mənə qadağa qoyub, heç həyətə belə çıxa bilmərəm, koronavirusa görə isə ikiqat artıq qorunmalıyam”.

Bu sözləri Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov deyib.

Ağır əməliyyatlardan çıxan və evində müalicə olunan aktyor insanlara da çağırış edib:

“Koronavirus bir bəladır, onunla zarafat etmək olmaz. Adamı vaxtından əvvəl son mənzilə yola salır. Dövlətimiz bütün qabaqlayıcı tədbirləri görür, xalq da müəyyən izolyasiya tədbirlərinə əməl etməli, bu işdə dövlətimizə dəstək olmalıdır. Hər kəs özünü qorumalıdır ki, başqalarını da bu bəladan qorusunlar. Deyilənlərə əməl olunsa, xalqımız bu virusun öhdəsindən gələcək”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600