!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusa görə ölkəmizdə təxirə salınan tədbirlər - SİYAHI

!Reklam – Yazi

Koronavirus pandemiyası səbəbilə bütün dünyada bir çox tədbirlər təxirə salınıb.

O cümlədən, ölkəmizdə keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlərin çoxu qeyri-müəyyən vaxta ertlənib.

Pandemiyadan maksimum az itki ilə çıxmaq üçün yarışların, tədbirlərin ertələnməsi əslində gözlənilən və yerində verilən qərarlar olub.

Azərbaycanda keçirilməsi nəzərdə tutulan, lakin pandemiya səbəbilə ertələnən tədbirlər:

Bu yay Bakıda da keçirilməsi planlaşdırılan futbol üzrə Avropa çempionatı da ertlənib. AVRO-2020 12 iyun – 12 iyul tarixlərində Avropanın 12 şəhərində təşkil olunmalı idi. A qrupunun 3 oyununun və 1/4 final mərhələsinin 1 matçının Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulurdu.

Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınan beynəlxalq yarışlardandır. Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb. Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır.

Mayda Bakıda keçirilməli olan “Caspian Power” beynəlxalq festivalı da koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan yarışlar içindədir. Hazırda yarışın nə vaxt keçiriləcəyini demək mümkün deyil.

Bakıda keçirilməsi nəzərdə tutulan və Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan karate üzrə Avropa çempionatı da koronavirusa görə ləğv edilib. Bu qərar Tokio Yay Olimpiya Oyunları üçün təsnifat sistemində dəyişiklik səbəbindən qəbul edilib. Belə ki, Tokio Olimpiadasının 2021-ci ilə təxirə salınması ilə əlaqədar karate turnirlərində təsnifat sisteminin yenilənməsi qərara alınıb. Buna görə də martın 25-29-da Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Qitə çempionatının verməli olduğu lisenziya xallarını karateçilər 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil ediləcək Avropa çempionatında qazana biləcəklər.

Beynəlxalq Cüdo Federasiyası (IJF) may ayının 8-10-da Bakıda keçirilməsi planlaşdırılan “Böyük dəbilqə” turnirini ləğv edib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Yarış qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Qeyd edək ki, cüdo üzrə iyunun 30-dək bütün rəsmi yarışlar ləğv olunub.

May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb. Milli Paralimpiya Komitəsi (MPK) Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə razılıq əldə edib. Anlaşmaya əsasən, turnir 2021-ci ilin mayında baş tutacaq və Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi son təsnifat yarışı olacaq.

“Formula-1” üzrə Azərbaycan Qran-prisi də koronavirusa görə təxirə salınıb. Bu barədə məlumatı Bakı Şəhər Halqası yayıb. Bu qərar “Formula-1” rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində COVID-19 virusunun geniş yayılması səbəbindən qəbul olunub. “Formula-1” rəhbərliyi FİA və Azərbaycan höküməti ilə birlikdə “Formula-1” Azərbaycan Qran-prisinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu haqda ictimaiyyəti məlumatla verəcək. Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisi 2020 yarışı üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür.

Bu il 29 iyul – 2 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb. Bu barədə tədbirin təşkilatçılarından biri olan Xalq artisti Emin Ağalarov məlumat verib:

“Əziz dostlar, təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından Bakıdakı “Jara” musiqi festivalını 2021-ci il 28 iyul – 1 avqust tarixlərinə keçirməyə məcburuq”.

Xalq artisti bildirib ki, gələn il keçiriləcək festivalın konsert proqramı və ora dəvət olunan sənətçilər dəyişilməz olaraq qalacaq.

Vokalçıların Müslüm Maqomayev adına VI Beynəlxalq müsabiqəsi də koronavirus pandemiyasına görə təxirə salınıb. Müsabiqəyə ərizələrin qəbulunun 15 sentyabr 2020-ci il tarixinədək uzadılmasına dair qərar qəbul edilib.

22 iyun – 3 iyul tarixlərində Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub. Beynəlxalq Atıcılıq İdmanı Federasiyası COVID-19 pandemiyası ilə əlaqədar olaraq üç Dünya Kuboku yarışını ləğv edib. Bakıdan başqa, stend və güllə atıcılığı üzrə Hindistanın Yeni Dehli şəhərində 5-13 may və 20-29 may tarixlərində keçirilməsi nəzərdə tutulan Dünya Kuboku yarışlarının da ləğv edilməsinə qərar verilib. Bu isə o deməkdir ki, ən azı iyulun 3-dək Azərbaycanda heç bir beynəlxalq yarış baş tutmayacaq./Cebhe.info/

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv