Dünyada koronavirusdan gündəlik ölüm sayında rekord müəyyənləşib. Belə ki, son sutkada 9 763 nəfər COVID-19 qurbanı olub.
Yenicag.az xəbər verir ki, “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, COVID-19 pandemiyası sürətlənib.
Bu günədək virusdan ölənlərin sayı 1 231 026 nəfərə çatıb.
Məsələn, Yunanıstanda qismən tətbiq olunan lokdauna baxmayaraq, gündəlik koronavirusa yoluxmada maksimum say – 2 646 nəfər aşkar edilib. ABŞ-da isə analoji göstərici ilk dəfə 100 mini keçib.
Xatırladaq ki, dünyada təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 48 milyonu keçib.
www.yenicag.az